Beton maneəyə çırpılan minik avtomobili yandı

İsmayıllıda yanğınla müşayiət olunan yol qəzası olub.
FHN -dən ONN media -ya verilən məlumata görə, “VAZ” markalı minik avtomobilinin yol kənarındakı beton maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.