Avtomobil ana və oğlunu vurdu - Vəziyyətləri...

Avtomobil ana və oğlunu vurdu - Vəziyyətləri...


Balakən şəhərinin Heydər Əliyev prospektində piyadavurma hadisəsi olub.

ONN media report -a istinadən xəbər verir ki, rayonun Gərəkli kənd sakinləri - 1976-cı il təvəllüdlü Nailə Cəlal qızı Güliyeva 11 yaşlı oğlu Abdulla Rüfət oğlu Güliyev ilə yolu keçmək istəyən zaman “VAZ-21099” markalı minik avtomobili onları vurub.

Hadisədən sonra N.Güliyeva və oğlu Abdulla Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Balakən MRX-dan “Report”a bildirilib ki, Nailə Güliyevaya başın təpə nahiyəsinin əziyi və hər iki dizin zədəsi, oğlu Abdullaya isə sol bud sümüyünün orta üçdəbirinin qapalı qəlpəli sınığı və hər iki dizin zədəsi dioqnozu qoyulub. Ana və oğulun müalicəsi xəstəxananın Cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Geri qayıt