"London Taxi"sinin sürücüsü qarət edildi

"London Taxi"sinin sürücüsü qarət edildi


Dünən saat 6 radələrində 2 naməlum şəxs taksi sürücüsünə qarşı soyğunçuluq edib.

Daxili İşlər Nazirliyindən ONN media -ya bildiriblər ki, hadisə Nəsimi rayonunun M.Əliyev küçəsində qeydə alınıb.

Həmin küçədə dayanan "London Taxi" markalı avtomobildən sürücü, Bakı şəhər sakini Ramin İmanovun mobil telefonunu götürüb qaçıblar.

Sürücü avtomobili onların arxasınca sürdüyündən telefonu ataraq qaçıblar.

Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunan Mehman Abbasov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Vitaliy Zeynalov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt