Paytaxda dəhşətli qəza — 4 ÖLÜ

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.
ONN media ölkə.az -a istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.
Məlumata görə, "Hyundai Elantra" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.