Bakıda dəmir yolu stansiyasında DƏHŞƏT

Bakıda dəmir yolu stansiyasında DƏHŞƏT


Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

ONN media xəbər verir ki, Nərimanov rayonu ərazisində - Keşlə dəmir yolu yük stansiyasında anbardan “Qazel” markalı yük maşınına taxta materiallar yüklənərkən ehtiyatsızlıqdan qəza baş verib. Belə ki, yüklənən ağır materiallar birdən-birə sürüşərək kənarda dayanmış sürücü, 1959-cu il təvəllüdlü Sadıqov Xıdır İdris oğlunun üstünə düşüb.

Xeyli çəkisi olan yükün altında qalan sürücü hadisə yerində vəfat edib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Geri qayıt