Dispanserdəki yanğında həbs olunan həkim VƏFAT ETDİ

Dispanserdəki yanğında həbs olunan həkim VƏFAT ETDİ


ONN media Musavat.com-a istinadla xəbər verir ki, Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən həkim Azad Ələkbərov vəfat edib.

Bu barədə A. Ələkbərovun vəkili Fuad Ələkbərov məlumat verib.

O deyib ki, A. Ələkbərov Müdafiə Nazirliyinin Hospitalında sentyabrın 28-dən 29-na keçən gecə vəfat edib. Vəkilin sözlərinə görə, A. Ələkbərov bir müddət əvvəl infarkt keçirib.

Qeyd edək ki, A. Ələkbərov Mərkəzin şöbə müdiri vəzifəsində çalışıb.

Geri qayıt