Bakıdan uçan təyyarə təcili eniş etdi

Bakı-Surqut marşrutu üzrə uçan "Utair" aviaşirkətinə məxsus təyyarə Ufa hava limanında təcili eniş edib.
ONN media ölkə.az -a istinadən xəbər verir ki, bu barədə Ufa beynəlxalq hava limanının mətbuat katibi Tatyana Rizvan məlumat verib. Bildirib ki, təyyarənin sərnişini uçuş zamanı özünü pis hiss edib:
"Təyyarə hava limanına endikdən sonra sərnişin xəstəxanaya yerləşdirilib".
T.Rizvanın sözlərinə görə, daha sonra təyyarə öz marşrutu üzrə uçuşa davam edib.