23 yaşlı qız dərmandan zəhərləndi

23 yaşlı qız dərmandan zəhərləndi


Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə rayonun Qaraxanlı kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Məmmədzadə Xədicə Hikmət qızı yüksək dozalı dərman qəbul edərək zəhərlənib.

Xəstə təcili Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardımdan sonra X.Məmmədzadənin vəziyyəti ağır olduğundan o Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt