Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ qəza

Bir neçə dəqiqə əvvəl Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ONN media Oxu.az-a istinadla xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan "Hyundai Sonаta" markalı avtomobilin sürücüsü idarəetməni itirib və dəmir maneələrə çırpılıb.
Qəza Bakı-Sumqayıt yolunda tıxaca səbəb olub.
Xəsarət alanlarla bağlı məlumat yoxdur. Qəza zamanı avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.