Azərbaycana məxsus yük maşını çaya düşdü: Yaralılar var

Azərbaycana məxsus yük maşını çaya düşdü: Yaralılar var


Türkiyənin Kayseri vilayətində Azərbaycan seriyalı “99-AZ-285” dövlət qeydiyyat nişanlı yük avtomobili qəzaya uğrayıb.

ONN media xəbər verir ki, avtomobil 15 metr yüksəklikdən Kızılırmak çayına düşüb.

Qəzada eyni zamanda dörd avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində ümumilikdə 7 nəfər yaralanıb. Onların şəhər xəstəxanasına çatdırıldığı, vəziyyətlərinin normal olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi araşdırılır.

Geri qayıt