39 yaşlı kişi evinin damından yıxıldı

39 yaşlı kişi evinin damından yıxıldı


Tovuz sakini evin damından yıxılaraq ayaqlarını sındırıb.

ONN media trend -ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Qorxmaz Abbas oğlu özünə məxsus evin damından yerə tullanarkən yıxılıb.

Hadisə nəticəsində Q.Hüseynovun hər iki ayağı daban hissəsindən sınıb.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Geri qayıt