Soyğunçuluq edən şəxs saxlanıldı

Astarada soyğunçuluq edən şəxs saxlanılıb. DİN-dən ONN media -ya verilən məlumata görə, oktyabrın 21-də Astara rayonunun Qamışovka kəndi ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Mirzəyev həmyerlisi Rafiq Ağayevə zor tətbiq edərək pulunu alıb. Soyğunçuluğu törətməkdə şübhəli bilinən B.Mirzəyev Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.