Paytaxtda dəhşətli hadisə: ölənlər və yaralananlar var

Paytaxtda dəhşətli hadisə: ölənlər və yaralananlar var


ONN media xəbər verir ki, Belarusun Minsk şəhərində iki minik avtomobili toqquşub.

"BELTA" agentliyinin verdiyi məlumata görə, "Mazda" və "Volksvagen" minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.

Səhiyyə nazirliyinin mətbuat katibi Yuliya Borodunun sözlərinə görə, həlak olanlar arasında 2 uşaq olub.

İlkin məlumata əsasən, qəza "Mazda" avtomobilinin hərəkətin qarşə istiqamətinə çıxması səbəbindən baş verib. Qəzayla bağlı araşdırma aparılır.

Geri qayıt