Sürücü piyadanı vurub qaçdı

Sürücü piyadanı vurub qaçdı


Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Mirzə Niftiyev müəyyən edilməmiş minik avtomobili ilə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, sürücü qəzadan sonra hadisə yerindən qaçıb.

Geri qayıt