Biznes mərkəzində YANĞIN

Bakı şəhərinin Nərimanov rayonunda biznes mərkəzdə yanğın baş verib.
ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, altımərtəbəli binanın divar üzlüyü 36 m2 sahədə və yaxınlıqda quraşdırılmış reklam lövhəsi 2 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.