Sərxoş sürücü yaşlı qadını vurdu

Astara rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
ONN media xəbər verir ki, rayonun Səncərədi kəndi ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil 66 yaşlı Salayeva Validə Gülməmməd qızını vurub. Hadisə zərərçəkmişin evlərinin yaxınlığında baş verib.
Ağır bədən xəsarətləri alan V.Salayeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Sürücü polis əməkdaşları tərəfindən saxlanılarkən sərxoş halda olub.
Faktla bağlı araşdırma aparılır.