Bakıda sayğac oğrusu ələ keçdi

Suraxanıda evlərdən su sayğaclarını oğurlayan şəxs saxlanılıb.
FHN-dən ONN media -ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki 4 evə quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli Qarayev saxlanılıb.