Gəncədə bədbəxt hadisə baş verib

Gəncə şəhərində 1 nəfərin yanıq xəsarəti alması ilə nəticələnən bədbəxt hadisə olub.
ONN media xəbər verir ki, 31 yaşlı qadın yaşadığı evdə ehtiyatsızlıqdan içərisi qaynar su ilə dolu qazanı üzərinə aşırdıb.
Müxtəlif yanıq xəsarətləri alan zərərçəkmiş yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.