Bank hesabından oğurluq edən qadın tutuldu

Bank hesabından oğurluq edən qadın tutuldu


Bakıda bank hesabından oğurluq etmiş şəxs tutulub.

ONN media Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci Polis Bölməsinə müraciət edən rayon ərazisində kirayədə yaşayan Biləsuvar rayon sakini N.Kazımlı noyabrın 5-də bank hesabından kart vasitəsilə 46 manatının çıxarılaraq oğurlandığını bildirib.

Polis əməkdaşlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini N.Mehdiyeva qısa müddətdə müəyyən edilərək saxlanılmışdır.

Geri qayıt