64 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

64 yaşlı piyadanı avtomobil vuraraq öldürüb


Bərdə rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

ONN media Report-a istinadən xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil yolu keçmək istəyən Bərdə rayon sakini, 1954-cü il təvəllüdlü Əsli Seyfəddin qızı Məmmədovanı vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt