Salyanda velosipedçini maşın vurdu

Salyanda velosipedçini maşın vurdu


Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında “Ay işığı” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Rayonun Stansiya yaşayış massivinin sakini, 1965-ci il təvəllüdlü İsmayılov Azər İsmayıl oğlu velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Geri qayıt