Bakıda mənzildən 80 yaşlı kişi meyiti aşkar edilib

Bakıda mənzildən 80 yaşlı kişi meyiti aşkar edilib


Sabunçuda mənzillərdən birində 80 yaşlı kişi meyiti tapılıb.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Qreçkin Vladimir İqoroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Geri qayıt