Avtomobil qadın piyadanı vurdu - Vəziyyəti...

Avtomobil qadın piyadanı vurdu - Vəziyyəti...


Xaçmazda “Karusel” adlanan ərazidə avtomobil piyadanı vurub.

ONN media  xəbər verir ki, Xaçmaz rayon sakini, 1964-cü il təvəllüdlü Məlahət Şəfi qızı Mirzəyevanı avtomobil vurub. 

M.Mirzəyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır. (qafqazinfo.az)

Geri qayıt