Paytaxda bədbəxt hadisə: Fəhlə insanların gözü qarşısında hündürlükdən...

Axşam saatlarında Bakının Nizami küçəsində bədbəxt hadisə baş verib.
ONN media trend -ə istinadən bildirir ki, Nizami küçəsində yerləşən binanın fasadında təmir zamanı fəhlələrdən biri ehtiyatsızlıqdan hündürlükdən yıxılıb. Fəhlə xoşbəxtlikdən binanın ətrafında quraşdırılmış təhlükəsizlik çadrlarının üstünə düşüb.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.