Kürdəmirdə maşın kanala düşdü, sürücü boğuldu - VİDEO

Kürdəmir rayonunda yol qəzası baş verib.
ONN media xəbər verir ki, hadisə rayonun Xirdapay kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Əli Sahib oğlu Abbasovun idarə etdiyi "KIA Rio" markalı avtomobil yol kənarındakı su kanalına düşüb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü boğularaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (Report)
[embed]https://www.youtube.com/watch?v=FCqDUSqBUbc[/embed]