Sumqayıtda naməlum piyadanı avtomobil vurub öldürdü

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən ONN media -ya verilən məlumata görə, noyabrın 27-də saat 21 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində şəhər sakini Vidadi Quliyev idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.