Alpinistləri 3 qrup axtarır - FOTO

Alpinistləri 3 qrup axtarır - FOTO


"Hazırda itən dağçıları əsas 3 qrup axtarır". 

ONN media qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı hazırda könüllü şəkildə Şahyaylaqda olan alpinist Toğrul Cəfərov sosial şəbəkədə yayıb. 

O bildirib ki, axtarış tədbirləri ilə əlaqədar olaraq bu gün Şahyaylaqda qərargah qurulub: "Axtarışa FHN-in xüsusi xilas etmə qrupu da qoşulub. Ümumilikdə, 3 qrup - alpinistlər, FHN-xüsusi xilasetmə və Xınalıqlı bir qrup axtarır. Bundan başqa, köməkçi dəstə ilə qərargah məntəqəsində axtarışların gedişatı izlənilir.

Hava şəraiti yaxşıdır. Yüngül külək var".

Geri qayıt