Kürdəmirdə partlayış olub - Ölən var

Kürdəmir rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
ONN media FHN-ə istinadən xəbər verir ki, nəticədə evin 1 otağında 1 ədəd çarpayı və kondisioner yanıb, otaqların qapı və pəncərə çərçivələri dağılıb.
Hadisə yerinin kəşfiyyatı zamanı ev sahibi, 1966-cı il təvəllüdlü Rəhimova Bəyim Əlirza qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.