Qaxda yol qəzası- Yaralı var

Dünən axşam saatlarında Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONN media xəbər verir ki, 1963-cü il təvəllüdlü Ləkit kənd sakini Aslanov Xalid Hacıbaba oğlu Qax şəhərinin girişində yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub.
Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan X.Aslanov Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan bildirilib ki, onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.