Salyanda avtomobil yaşlı piyadanı vurub

Salyanda avtomobil yaşlı piyadanı vurub


Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

ONN media xəbər verir ki, hadisə axşam saatlarında Sarvankəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1953-cü il təvəllüdlü Səmədov Səməd Fətalı oğlu evə gedən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt