Daha bir nəfər dəm qazının qurbanı oldu

Daha bir nəfər dəm qazının qurbanı oldu


Şamaxı sakini dəm qazından boğularaq ölüb.

ONN media bildirir ki, hadisə Şamaxı şəhəri, Nərimanov küçəsi, 89 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 1975-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələsgər oğlu yaşadığı evin həyətindəki hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırmalar aparılır.

Geri qayıt