Gəncədə 84 yaşlı qadını avtomobil vurdu - VƏZİYYƏTİ...

Gəncədə 84 yaşlı qadını avtomobil vurdu - VƏZİYYƏTİ...


Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, Gəncə şəhər sakini, 1934-cü il təvəllüdlü Familə Xəlil qızı Rüstəmovanı avtomobil vurub.

Qadın qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt