İki piyadanı maşın vurub

İki piyadanı maşın vurub


Mingəçevir şəhərində iki piyadanı avtomobil vurub. 

ONN media xəbər verir ki, hadisə şəhərin “Energetik” yaşayış massivində, Naxçıvan küçəsində qeydə alınıb.

Belə ki, ilkin ehtimala görə, “VAZ-21099” markalı avtomobil dayanacaq istiqamətindən yolu keçmək istəyən Mingəçevir şəhər sakinləri – 1953-cü il təvəllüdlü Məhəmməd Nuru oğlu Alıyev və 1955-ci il təvəllüdlü Akif Əkbər oğlu Şirinovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt