Gəncədə piyadanı avtomobil vurdu

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası olub.
ONN media xəbər verir ki, şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən restoranlardan birinin qarşısında yolu qarşı tərəfə keçmək istəyən Oruc Tağıyevi avtomobil vurub.
Yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.