Qadının boyunbağısı oğurlandı — Oğru görün kim çıxdı

Qadının boyunbağısı oğurlandı — Oğru görün kim çıxdı


Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

ONN media teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yaşayan bir qadının 2 min manat dəyərində olan boyunbağısı oğurlanıb.

Baş verən oğurluq hadisəsi ilə bağlı Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinə məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin oğlu Qiyas Balayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Geri qayıt