Gəncədə usta iş yerində faciəvi şəkildə öldü

Gəncədə usta iş yerində faciəvi şəkildə öldü


Gəncədə usta ehtiyatsızlıq nəticəsində ölüb.

ONN media xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

Yaşayış binasının dam örtüyünün yenilənməsi işi ilə məşğul olan 1984-cü il təvəllüdlü Hacıyev Elxan Misir oğlu hündürlükdən yıxılıb. Ağır bədən xəsarəti alan usta yerindəcə ölüb.

Faktla bağlı hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.(qafqazinfo.az)

Geri qayıt