13 yaşlı oğlanın əlində fişəng partladı

13 yaşlı oğlanın əlində fişəng partladı


Gəncədə yeniyetmə oğlanın əlində partlayıcı partlayıb.

ONN media Qafqazinfo-ya istinadla xəbər verir ki, Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbə sakini, 2005-ci il təvəllüdlü Xəyal Zamin oğlu Rüstəmov bədənin müxtəlif nahiyələrinin və sol əlin çoxsaylı yaraları ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Valideynləri yeniyetmənin əlində pirotexniki vasitənin partladığını və xəsarət aldığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır

Geri qayıt