Taksi sürücüsündən qadına qarşı CİNAYƏT

Bakıda qadın sərnişini döyərək pulunu alan taksi sürücüsü saxlanılıb.
DİN-dən ONN media -ya verilən məlumata görə, dekabrın 22-də saat 3 radələrində Abşeron rayon sakini olan bir qadın “28 Mall” ticarət mərkəzinin qarşısında “Opel” markalı avtomobilə sərnişin qismində əyləşərək Xocəsən qəsəbəsi ərazisinə gedəcəyini bildirib. Sürücü onu aldadaraq Sabunçu qəsəbəsi ərazisinə aparıb, avtomobildə döyərək 680 manatını alıb.
Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini Fərhad Əliyev saxlanılıb.