Bakıda kafe yandı

Bakıda kafe yandı


Bakıda kafe yanıb.

FHN-dən ONN media-ya verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 100 m² olan ikimərtəbəli tikilinin (kafe kimi fəaliyyət göstərir) birinci mərtəbəsində yerləşən mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt