Avtobus partladı - ÖLƏNLƏR VAR
Misirin paytaxtı Qahirədə turistlərin olduğu avtobus partladılıb.
ONN media xəbər verir ki, Vyetnamdan 2 turist ölüb, daha 10 nəfər yaralanıb.
Xəsarət alanlar içərisində həmçinin gid və sürücü də var.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub və partlayışın baş vermə səbəbləri araşdırılır.
