Azərbaycanda tutulan FETÖ üzvünün fotosu yayıldı

Xəbər verdiyimiz kimi, Fətullahçı terror təşkilatına (FETÖ) üzv olan türkiyəli müəllim Mehmet Gelen Azərbaycanda saxlanılıb.
ONN media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumat yayıb.
Fətullah Gülənə məxsus məktəblərdə müəllimlik edən M.Gelenin saxta pasportla Belarusa keçmək cəhdi baş tutmayıb. O, Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilib.
Bu gün isə Türkiyə KİV-lərində Mehmet Gelenin həbs olunarkən lentə alınan fotosu dərc olunub.
