Alimdən ŞOK PROQNOZ: 2019-cu ildə...

2019-cu il meteoroloji müşahidələrin tarixində ən isti il ola bilər.
ONN media xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Klimatologiya laboratoriyasının rəhbəri Vladimir Semenov “m24”-ə müsahibəsində bildirib.
“Yavaş-yavaş, amma şübhəsiz ki, temperatur artır. Hər il deyil, hər üçüncü və ya dördüncü il temperatur rekord qıracaq”, - Semenov deyib. Onun fikrincə, əgər bu tendensiya davam edərsə, əsrin sonuna qədər Moskvada yazın orta temperaturu 3-4 dərəcə artacaq.(publika.az)