Daha bir süpürgəçini maşın vurdu

Daha bir süpürgəçini maşın vurdu

Gəncədə Təmizlik İdarəsinin işçisini avtomobil vurub.

ONN media Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Şəhər sakini, Təmizlik İdarəsinin işçisi, 1952-ci il təvəllüdlü Şərifova Gülçöhrə yolu süpürən zaman avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb. 

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Geri qayıt