ABŞ Bakıya yeni səfir təyin etdi

ABŞ Bakıya yeni səfir təyin etdi

ABŞ Senatı Örl Litzenbergerin Azərbaycana səfir təyinatını təsdiq edib.

ONN media Axar.az-a istinadla xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, yeni səfir yaxın günlərdə Bakıya yola düşəcək.

Qeyd edək ki, Litzenberger Marşal Fondunun baş elmi əməkdaşı, ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini, NATO-nun Əfqanıstandakı nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı səfirinin müavini və ABŞ-ın Qırğızıstandakı səfirinin müavini olub. O, hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir vəzifəsini tutur. İ.Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir.

Geri qayıt