ABŞ İrana çağırış etdi

ABŞ İrana çağırış etdi

İran iqtisadi və diplomatik təcridin güclənməsindən yaxa qurtarmaq üçün raket buraxılışlarından imtina etməlidir.

ONN media xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo bəyan edib.

O xatırladıb ki, İran Müdafiə nazirliyi yaxın aylarda üç kosmik raket-daşıyıcını buraxacağını elan edib:

“ABŞ İranın dağıdıcı siyasətinin beynəlxalq sabitlik və təhlükəsizliyə təhdid törətməsinə durub baxmayacaq. Biz İran hökumətini bu cür təxribat xarakterli buraxılışlardan imtina etməyə çağırırıq”.

Geri qayıt