Xərçəngdən əziyyət çəkən azərbaycanlı aparıcı VƏFAT ETDİ

Aparıcı Ceyran Nəriman vəfat edib.
ONN media Axsam.az-a istinadla xəbər verir ki, bu haqda həmkarı Arzu Umut sosial şəbəkədə paylaşım edib. O, Ceyranın bu gün dünyasını dəyişdiyini bildirib:
"Kömək edə bilmədik, Ceyranım haqqın rəhmətinə getdi".
Qeyd edək ki, Ceyran "Space" və DTV-də aparıcılıq edib. Uzun müddətdir xərçəngdən əziyyət çəkirdi. Dostları ona yardım məqsədiylə xeyriyyə aksiyasına başlamışdı.