Polşa ilə AŞPA arasında nə baş verir?

"Avropa Şurasının sədri Donald Tusk Polşanın Avropa İttifaqındakı təmsilçisi hesab olunmur".
ONN media SİA-ya istinadla xəbər verir ki, bu barədə Polska Times nəşrinə Polşanın xarici işlər naziri Yatsek Çaputoviç deyib.
"Biz, Donald Tuskun legitimliyini şübhə altına salmırıq, lakin hesab edirik ki, o Polşanın təmsilçisi deyil", XİN rəhbəri bildirib və xatırladıb ki, 2017-ci ildə Avropa Şurasına keçirilmiş sədr seçkilərində Polşa bu posta avrodeputat Yatsek Sariuş-Volskini namizəd olaraq irəli sürüb, Tuskun namizədliyini isə həmin vaxt quruma sədrlik edən Malta irəli sürmüşdü.
"Sammitin başlamasına bir neçə saat qalmış AFR-nın kansleri Angela Merkel Bundestaqdakı çıxış edərək, Tuskun seçilməsi ilə bağlı fikirlərini bildirib", deyən Polşa XİN-nin rəhbəri əlavə edib ki, sanki o, yəni Tusk Almaniyanın nümayəndəsidir, bəlkə də qeyri-formal da olsa, bunu da düşünmək olar.
Polşalı xarici siyasət rəhbərinin sözlərinə görə, hazırda ölkəsi üçün əsas olan budur ki, Tusk, Polşa respublikasının Avropa İttifaqındakı təmsilçisi kimi qəbul edilməsinə yol verilməsin: "Birincisi, onun Polşanı nəzərə almadan AŞPA-ya sədr seçilməsi etik cəhətdən şübhəli görünür, ikincisi isə, Tuskun Polşanın deyil, (halbuki Polşanın-red.) belə desək, Almaniyanın təmsilçisi kimi fəaliyyətinin etiraf olunması onun Polşanın siyasi həyatına qayıtmasını çətinləşdirəcək".