Ankaradan ABŞ -a SƏRT BƏYANAT

Ankara Suriyada hərbi əməliyyatın keçirilməsinə icazə almaq üçün Vaşinqtondan xahiş etməyə hazırlaşmır. ONN media publika.az -a istinadən xəbər verir ki, bu haqda ölkə prezidentinin sözçüsü İbrahim Kalın bildirib. Bununla belə, o dəqiqləşdirib ki, Türkiyə hərbi əməliyatlara başlayacağı halda, amerikalı partnyorlara xəbərdarlıq ediləcək. Daha əvvəl Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, heç kim Ankaraya Fərat çayının şərqində əməliyyat keçirməyə mane ola bilməyəcək.