SON DƏQİQƏ: Bakıda gənc oğlan intihar etmək istəyir

Bakının Nizami rayonu ərazisində gənc oğlan intihara cəhd edib.
“Report” hadisə şahidlərinə istinadən xəbər verir ki, gənc oğlan "Neftçilər" metrostansiyası yaxınlığında "McDonald's"ın da yerləşdiyi binanın damına çıxaraq özünü aşağı atmaq istəyir.
Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.