"Qızıl zibilqabı"nın yeni sahibi açıqlanıb

İtaliya çempionatında "Qızıl zibilqabı" antimükafatının sahibi bəlli olub.
ONN media Olaylar.az-a istinadən xəbər verir ki, ötən mövsüm icarə əsasında "Milan"ın formasını geyinmiş 31 yaşlı forvard Nikola Kaliniç "Qızıl zibiqabı"na layiq görülüb. İlin ən uğursuz futbolçusu üçün verilən bu antimükafat azarkeşlər arasında aparılan sorğu nəticəsində məlum olur.
Qeyd edək ki, xorvatiyalı hücumçu sorğuda 49,1 faiz səs toplayıb.